<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>156</hymn_number>
<lyrics>[V1]
 Xoşbəxtlik Səndədir mənim Rəbb İsam,
 Bir olan Allahın Oğlusan, İsam.
 Sən məni seçdin, Sən məni sevdin,
 Üstümə nur səpib, salehlik verdin.

[C1]
   Qanın Müqəddəsdir, əzizdir mənə
   Günahlar Qanınla yuyulur yenə.
   Allahın istəkli Oğlusan, İsam,
   Allahın Ruhundan doğulmusan, İsam!

[V2]
 Məni Sən qurtardın hər bir günahdan,
 Qurtardın qəlbimi qüssədən, ahdan.
 Şükürlər edirəm Adına hər an,
 Səni mədh edirəm tanıyan andan.</lyrics>
<title>Xoşbəxtlik Səndədir mənim İL156</title>
</song>